Gördüklərimizi yığışıb müzakirə etdik.Bu qərara gəldik:Ətraf mühitin çirklənməsi canlıların məhvi deməkdir.Yəni torpaq çirklənərsə,zəhərli bitkilər bitər.Bunu yeyən canlılar məhv olar.Hava çirklənərsə,canlılar tənəffüs edə bilməzlər.Su çirklənərsə,təmiz su qıtlığı yaranar.Bu da canlıların yaşayışını çətinləşdirər.Təbiətdə tarazlıq pozular.Təbiət məhv olar.
Ana Təbiətin uşaqlara məktubu
понедельник, 18 апреля 2016 г.
Nəticə
Gördüklərimizi yığışıb müzakirə etdik.Bu qərara gəldik:Ətraf mühitin çirklənməsi canlıların məhvi deməkdir.Yəni torpaq çirklənərsə,zəhərli bitkilər bitər.Bunu yeyən canlılar məhv olar.Hava çirklənərsə,canlılar tənəffüs edə bilməzlər.Su çirklənərsə,təmiz su qıtlığı yaranar.Bu da canlıların yaşayışını çətinləşdirər.Təbiətdə tarazlıq pozular.Təbiət məhv olar.
Araşdırma.
.Gözəl,şən,min nemətli Yer bizim anamızdırsa,deməli,biz də onun uşaqlarıyıq.Amma bizim günahı-
mız ucbatından onun gözəlliyi yavaş-yavaş itir.Okeanlar,dənizlər çirkabdan nəfəs ala bilmir,heyvan-
lar,quşlar,otlar məhv olur.Biz planetin harasında yaşamağımızdan asılı olmayaraq onun taleyi üçün
cavabdehik.Biz Yerin köməkçiləriyik,biz Yerlə vahid ailəyik.
Ağasəf Osmanlı"Təbiətin dərdi"şeirində insanlara müraciət edir:
Bəsdir qırdıq ağacları,
Axı ağac da canlıdır.
Təbiət hər həyəcandan
Necə həyəcanlıdır.
Zavod,fabrik tüstüsüylə,
Yay ğəlməmiş istisiylə,
Texnika da öz səsiylə
Təbiəti məhv eləyir.
İnsanlar qırıb-dağıdır,
Yalan söz düşmür dilindən.
Gələcəyə ümid olar,
Əl çəksə bəd əməlindən.

Təbiətimiz – təbii sərvətimiz…
Təbiətimiz – təbii sərvətimiz…
Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün…
Hərdən gərginlikdən ətrafımıza nəzər salmırıq. Amma adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.
Ana qayğısıyla yanaşır insanlara… Məhz ona görə təbiətə “Ana təbiət” də deyirik bəzən… Övladları- 4 fəslin heç biri arasında ayrı-seçkilik salmayaraq hər birinə özüməxsus gözəlliklər bəxş edir…
Ana borcu ödənməz… Heç nəylə qaytarılmaz… Bəs biz nə edirik? Onu incidirik, bizdən heç bir təmənnası olmayan gözəl təbiətimizə qarşılıq budurmu?
Havamızı zəhərləyirik müxtəlif kimyəvi tullantılarla… Öz mənafeyimiz, şəxsi mənfəətimiz üçün…
Dənizimizi çirkləndiririk bilə-bilə müxtəlif əşyalar atırıq, əlimizdəki lazımsız zibilləri fəxrlə dənizə tullayırıq… düşünmürük ki, o bizə bayaqdan fikrimizi toplamaqda , problemlərdən xilas olmaqda kömək etmişdi… Sirdaş olmuşdu göz yaşlarımıza… Bəlkə bir də haçansa ehtiyacımız olacaq dənizə… O zaman nə üzlə gələcəyik onun görüşünə???
Ağacları kəsirik bununla nəfəsimizi də kəsmiş oluruq… Bir xəstəninn ciyərlərin gedən oksigen borusunu kəsmək kimi bir şey deyilmi bu? Özü də bir yox bütün cəmiyyətin nəfəsini… Görəsən niyə? Halbuki o ağaclar bizə nə qədər lazımdır… Xüsusilə də indi…
Axı elə şeylər var ki bu öz əlimizdədir… Niyə axı biz insanlar bunu anlamırıq? Anlayırıq, amma fərqinə varmırıq… Bu məsələnin ciddiyətinə varmırıq…
Ondan çox şey umuruq… Amma özümüz nə etmişik onun bizə verdiklərinin qarşılığında? Bunu düşündükmü??? Dili yoxdur danışa bilmir, ifadə edə bilmir, amma bu lal sükutu ilə hönkürür sanki… “Mən necə idim, siz necə etdiz?”- deyir. Amma yenə də qisas almır bizdən, əksinə “yamanlığa yaxşılıq” deyib öz sədaqətini nümayiş etdirir illərdir…
Axı o “Ana Təbiət”dir… Bütün pisliklərdən uzaq, təbiətimizdir bizim… Allah tərəfindən bəxş edilmiş təbii sərvətimiz…
Подписаться на:
Сообщения (Atom)